SEO nədir?

SEO (açılışı: Search Engine Optimization) – “axtarış motoru optimallaşdırması” deməkdir. Daha sadə dillə desək, müvafiq axtarışlar zamanı saytın görülmə sayını artırmaq üçün onu inkişaf etdirmə prosesi deməkdir. Axtarış nəticələrində səhifələrinizin görülmə sayı nə qədər çox olarsa, daha çox diqqət cəlb etmək, eyni zamanda mövcud və potensial müştərilərinizi işinizə cəlb etmək ehtimalı o qədər çoxdur.

SEO necə işləyir?

SEO nədir sualına cavab tapdıqdan sonra, SEO-nun necə işləməsi ilə daha yaxından tanış olaq. Google və Bing kimi axtarış motorları vebdəki səhifələri gəzmək, saytdan sayta keçmək, bu səhifələr haqqında məlumat toplamaq və indeksə qoymaq üçün botlardan istifadə edirlər. Alqoritmlər daha sonra müəyyən bir sorğuya uyğun olaraq axtarış nəticələrində səhifələrin hansı sıralamada görünməsini müəyyənləşdirmək üçün yüzlərlə sıralama amilini və ya siqnalını nəzərə alaraq indeksdəki səhifələri təhlil edir.

Axtarış sıralaması amilləri istifadəçi təcrübəsinin aspektləri üçün səlahiyyətli hesab edilə bilər. Periyodik SEO Faktorları Cədvəlimiz SEO üçün ümumi əhəmiyyətinə əsaslanaraq bu faktorları altı əsas kateqoriyaya və ağırlıqlara bölür. Məsələn, kontentin keyfiyyəti və açar söz araşdırması kontentin optimallaşdırılmasının əsas amilləridir. Həmçinin, bunun axtarıla bilən və “mobil dostu” olması saytın təməlinin vacib amillərindəndir.

Axtarış alqoritmləri müvafiq, etibarlı səhifələri göstərmək və istifadəçilərə effektiv axtarış təcrübəsi təmin etmək üçün hazırlanmışdır. Bu faktorları nəzərə alaraq saytınızı və kontentinizi optimallaşdırmaq səhifələrinizin axtarış nəticələrində daha yüksək sıralarda yer almasına kömək edə bilər.

Axtarışda çıxan ödənişli reklamlarından fərqli olaraq, axtarış motorlarına “orqanik” axtarışlarda daha yüksək nəticə əldə etmək üçün ödəniş edə bilməzsiniz.

SEO marketinq üçün niyə vacibdir?

SEO rəqəmsal marketinqin əsas hissəsidir, çünki insanlar hər il trilyonlarla axtarış aparırlar, bu da çox vaxt məhsullar və xidmətlər haqqında məlumat tapmaq üçün kommersiya məqsədi güdür. Axtarış əsasən markalar üçün rəqəmsal trafikin əsas mənbəyidir və digər marketinq kanalları üçün tamamlayıcı rol oynayır. Axtarış nəticələrində rəqiblərinizdən daha yaxşı baxış sayı və daha yüksək sıralama gəlirinizə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Bundan başqa, axtarış nəticələri son bir neçə il ərzində istifadəçiləri digər saytlara yönəltmək əvəzinə nəticələrdə çıxan səhifədə saxlama ehtimalını artırmaq üçün onlara istədikləri nəticələri vermək və məlumatlar təqdim etmək üçün davamlı olaraq inkişaf edir.

Bundan əlavə nəzərə alın ki, axtarış nəticələrindəki bir çox nəticələr və “Knowledge Panels” kimi xarakteristikalar görülmə dərəcəsini artıra və bu nəticələrdə istifadəçilərə şirkətiniz haqqında daha çox məlumat verə bilər.

Leave a Reply