SMM nədir? – Tərifi və Təlimatları

Sosial media marketinqi – markanızı tanıtmaq, hədəf auditoriyanızı böyütmək, veb sayt trafikini və satışları artırmaq üçün sosial platformalardan kanal kimi istifadə etməyi əhatə edir. Sosial platformalar SMM-nin mərkəzidir.

Aşağıda ən populyar sosial platformaların aylıq istifadəçilərinin sayını görə bilərsiniz.

Sosial şəbəkələrAktiv istifadəçilər, aylıq
Facebook2.37 milyard
Instagram1 milyardın üzərində
TikTok800 milyon
Twitter326 milyon
LinkedIn303 milyon
Pinterest300 milyon

Sosial media marketinqi hər bir biznes üçün niyə önəmlidir?

SMM çox böyük bir auditoriyaya müraciət etməyin ən asan yoludur – bu gün dünya əhalisinin yarısı – 3,8 milyard insan sosial mediadan istifadə edir. Bundan əlavə, bu rəqəm durmadan artır – 2019-cu ildən sosial media istifadəsi 9,2% artmışdır.

Sosial media markanın tanınma səviyyəsini artırmaq üçün son dərəcə faydalıdır. Hootsuite-ə görə, onlayn marka kəşfinin 52%-i ictimai sosial lentlərdə olur. Başqa sözlə desək, insanların əksəriyyəti yeni markalar haqqında məlumatı sosial şəbəkələrdən əldə edirlər.

Sosial Media Marketinqinin Faydaları

  • Markanın tanınma səviyyəsinin artırılması
  • Veb sayt trafikinin artırılması
  • Kontentin daha sürətli və daha asan paylanması
  • Hədəf auditoriyası ilə qarşılıqlı əlaqənin müntəzəm olaraq qurulması
  • Bu sahənin, bazarın və rəqiblərin analizi

Geniş auditoriyaya müraciət və müştərilərlə sıx qarşılıqlı əlaqələrdən əlavə SMM digər üstünlüklərə də malikdir. Sosial medianı marketinq strategiyanıza daxil etməyin bir neçə faydası ilə tanış olun.

Markanın tanınma səviyyəsinin artırılması

İstifadəçilərin 54%-i məhsulları sosial media vasitəsi ilə araşdırır. Buna görə də istifadəçilərin sosial media maraqlarından yararlana bilmək üçün bir markanın fərqli sosial şəbəkələrdə yüksək keyfiyyətli hesabları olmalıdır. Bu halda marka potensial müştərilər üçün sevdikləri platformada daha əlçatan ola bilər. Bundan əlavə, sosial media vasitəsilə yüksək xidmət göstərmək də çox vacibdir. İnsanlar şirkətlərin onlara kömək etməsini gözləyirlər və əgər kömək yüksək səviyyəli olsa, markanı başqalarına mütləq başqalarına da tövsiyə edirlər – istifadəçilərin 71%-i bir şirkətlə sosial mediada xoş və müsbət bir təcrübə yaşayırsa, o şirkəti başqalarına tövsiyə edəcəkdir.

Veb sayt trafikinin artırılması

Bir çox sosial media platforması markaların başqa bir veb sayta və ya açılış səhifəsinə girmədən məhsullarını satmasına imkan yaratsa da, sosial media hələ də trafiki artırmaq üçün əla bir yoldur. Məsələn, bütün mobil veb sayt trafikinin 11%-i sosial mediadan irəli gəlir.

Kontentin daha sürətli və daha asan paylanması

Kontent marketinq ilə öz işinizi təbliğ edirsinizsə, məzmununuzu SMM ilə daha təsirli şəkildə paylaşa bilərsiniz. İnsanlar həmişə sosial şəbəkələrdə dostları ilə faydalı, həyəcanverici və əyləncəli məlumatlar paylaşırlar. Bu, çox hallarda bir şəbəkədən və onun üzvlərindən kənara çıxır və hədəf auditoriyanızın böyüməsini asanlaşdırır.

SMM müştərilərinizə xüsusi təkliflər haqqında məlumat vermək üçün əla bir yoldur. İstifadəçilərin əksəriyyəti reklam mesajlarını e-poçtla almağa üstünlük versə də, sosial şəbəkələr satış və ya “giveaway” haqqında məlumatları sürətli və ucuz bir şəkildə çatdırmağa kömək edir. Tercihlərini qarşılamaq üçün SendPulse-a cəhd edin və bir e-poçt kampaniyası başlatın.

Hədəf auditoriyası qarşılıqlı əlaqənin müntəzəm olaraq qurulması

Dünya əhalisinin yarısının hər gün təxminən üç saat sosial şəbəkələrdən istifadə etdiyini nəzərə alaraq, SMM auditoriya ilə qarşılıqlı əlaqədə qalmaq üçün ən yaxşı yoldur. Beləliklə, markanız artıq müştərilərinizin vaxtlarını sərf etməyi üstün tutduğu yerdədir, bu da onlara yaxın qalmağınıza və daha etibarlı olmağınıza kömək edir.

Bundan əlavə, SMM digər marketinq kanallarından daha çox müştərilərdən rəy almağa kömək edir. Mümkün olan hər hansı bir şəkildə – icmallar, bəyənmələr, şərhlər və s. Müştəriləriniz məhsulunuzla bağlı pis bir təcrübə yaşamışsa, bu barədə sizə e-poçt və ya telefon vasitəsilə deyil, sosial şəbəkələr vasitəsilə məlumat vermək istəyəcəklər. Bu vəziyyət sizə düzgün reaksiya vermək, bu müştərini itirməmək və başqalarını da cəlb etmək imkanı yaradır.

Bu sahənin, bazarın və rəqiblərin analizi

Sosial media sizə yalnız müştərilərinizin məmnuniyyətini deyil, həm də sahənin son trendlərini və rəqiblərinizin fəaliyyətlərini izləmək üçün əla bir imkan verir. Ən son xəbərlər ilə əlavə kontent əldə edirsiniz – onları izləyicilərinizlə müzakirə etmək üçün mövzu kimi istifadə edə bilərsiniz.

Rəqiblərinizdən məlumat əldə edərək məhsulunuzu və ya SMM-ə yanaşma tərzinizi yaxşılaşdırmaq üçün ilham alırsınız – ətrafınızdakı insanlardan öyrənməyi heç vaxt dayandırmayın.

Sosial Media Marketinq Hədəfləri

Sosial media marketinqi ilə çoxsaylı hədəflərə çata bilərsiniz – bu, sizin ümumi marketinq strategiyanızdan asılıdır. SMM üçün ən çox tanınan hədəflərə dair bəzi nümunələr:

  • ictimaiyyətin iştirakının artması;
  • satış və “lead generation”;
  • müştəri saxlama;
  • veb sayt trafikinin artımı;
  • auditoriya artımı;
  • mənfi rəyləri idarə etmək;
  • rəylərin axtarışı;
  • rəqiblər və trendlərin monitorinqi;
  • markanın tanınma səviyyəsi artması;
  • istehlakçı tələbinin araşdırılması.

Hədəflərinizin nə olmasından asılı olmayaraq, onları dəqiq müəyyənləşdirməlisiniz – bu, sizin SMM strategiyanızı və kontentinizi yaratmağa kömək edəcəkdir.

Leave a Reply